Satınalmalar üzrə aparıcı mütəxəssis

  • 6-cı Mərtəbə
  • Elanın qoyulma tarixi: 07.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Açılmış sifariş formalarının analizi;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Lazımi materialları xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Logistikanın təşkili üçün şirkətə dəstək və qiymət araşdırılması
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Yeni tədarükçülərin cəlb olunması və tədarükçülər zincirinin idarə edilməsi
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Tələblər:

  • Təchizat sahəsində ən az 3 il iş təcrübəsi
  • Yaş: 25-40
  • Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
  • Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
  • Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
  • Bazarı təhlil etmək bacarığı
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
  • Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
  • Dil bilikləri: Azərbaycan, Rus vacibdir.
  • MS Office proqramları
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
  • Stressə davamlılıq

İş şəraiti:

  • Stabil iş  
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Korporativ nömrə və nahar ilə təmin ediləcək 
  • Əmək haqqı – təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
  • İş rejimi: 5 gün 09:00-dan 18:00-dək 
  • İş yeri:  Bakı Nəsimi r-nu, Kövkəb Səfərəliyeva 64.

Xahiş olunur namizədlər CV-sini “Satınalmalar üzrə aparıcı mütəxəssis” başlığı ilə göndərsinlər.

6-cı Mərtəbə tərəfindən digər vakansiyalar