Memar

  • 6-cı Mərtəbə
  • Elanın qoyulma tarixi: 27.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
  • AutoCAD, 3DsMax, Revit və s. ixtisaslaşdırılmış proqramlar üzrə yüksək səviyyədə bilik;
  • Dil bilikləri : azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
  • BİM layihələrində iştirakı arzuolunandır; 
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması;
  • Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
  • Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;
  • Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak;
  • Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
  • Lazımi texniki-iqtisadi əsaslandırma və tikinti-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi;

İş şəraiti:

  • Stabil iş  
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Korporativ nömrə və nahar ilə təmin ediləcək 
  • Əmək haqqı – müsahibə əsasında 
  • İş rejimi: 5 gün 09:00-dan 18:00-dək 
  • İş yeri: Ağdam (Sarıcalı kəndi)

Xahiş olunur namizədlər CV-sini “Memar” başlığı ilə göndərsinlər.