Baş mühasib

  • 6-cı Mərtəbə
  • Elanın qoyulma tarixi: 27.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı Hesabatların tərtibi
  • Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) təqdim edilməsi
  • Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
  • Gündəlik online kargüzalığın (gələn məktubaların) izlənməsi
  • 1C 7.7, 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (qeydiyyata alınması və silinməsi) uçotunun təşkili
  • Təhvil-təslim və qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması təşkili
  • Bank əməliyyatların aparılması
  • Əməyin ödənişi sistemi üzrə əməliyyatlarin icra edilməsi (Aylıq əmək haqqı cədvəlinin hazırlanması, məzuniyyət, ezamiyyət və son haqq hesabın hesablanması)
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək

Namizədlərə tələblər:

  • Maliyyə və mühasibatlıq üzrə ali təhsilli
  • Baş mühasib sahəsində ən azı 3 il iş təcrübəsi
  • Tikinti qanunvericiliyi, norma və qaydalarına dair biliklərin olması
  • Microsoft Office (Word, Excel), 1c 7.7,8.3 proqramları üzrə mükəmməl biliyin olması
  • Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə işləmək bacarığının olması (AR Əmək Məcəlləsinə və mövcud əmək qanunvericiliyi üzrə sənədləşmə)
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.)
  • Beynəlxalq mühasibat uçotu prinsipləri sahəsinin anlayışı
  • Milli mühasibat uçotu standartları
  • Aktiv və çalışqan, kollektivdə işləmək bacarığına malik olmaq
  • Məsuliyyət, düzgünlük, dəqiqlilik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • İşində dürüst,səliqəli, müsbət keyfiyyətlərə malik olmalı
  • Problemləri həll edə bilmək bacarığı

İş şəraiti:

  • Stabil iş  
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Korporativ nömrə və nahar ilə təmin ediləcək 
  • Əmək haqqı – müsahibə əsasında 
  • İş rejimi: 5 gün 09:00-dan 18:00-dək 
  • İş yeri: Bakı Nəsimi r-nu, Kövkəb Səfərəliyeva 64

Xahiş olunur namizədlər CV-sini “Baş mühasib” başlığı ilə göndərsinlər.