Təchizat şöbəsinin direktoru

  • Bashak Supply
  • Elanın qoyulma tarixi: 04.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namziədə tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İqtisadi sahə üzrə);
  • İş təcrübəsi: Satınalma, Təchizat üzrə 5 il, Təchizat sahəsində rəhbər pozisiyada 2 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (əla);
  • Kompüter bilikləri: MS Office programları üzrə biliklər, xüsusilə exceldə yaxşı səviyyədə işləmə bacarığı;
  • Digər: CIPS sertifikatına sahib olmaq arzu olunandır.

Vəzifə öhtəlikləri:

  • Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
  • Daha çox rəqabət yaratmaq və biznesin satınalma siyasəti kateqoriyasına uyğunlaşdırılması üçün kiçik və orta müəssisələr daxil olmaqla yeni təchizat zəncirlərinin inkişafına rəhbərlik etmək;
  • Davamlı şəkildə komanda və şöbələr daxilində inkişaf  və keyfiyyət təkmilləşdirmələrini sürətləndirmək və daha yaxşı nəticələr əldə etmək yollarını araşdıran, əsas fəaliyyət və maliyyə hədəflərinin təmin edilməsi və zəruri hallarda düzəlişlərin aparılmasına yardım etmək;
  • İşgüzar məqsədləri dəstəkləmək üçün bütün  resursları istifadə etmək, müqavilə və kommersiya riskinə qarşı qorunmaq üçün müəssisələrə müraciət etmək üçün lazım olan bütün yeni  təcrübələri gətirmək;
  • Bashak Supply-ın təchizat siyasətini təkmilləşdirmək və bütün korrupsiya risklərinin qarşısını almaq;
  • Yerli və xarici təchizatçılar, digər müəssisələr ilə əməliyyatları ilə effektiv şəkildə tənzimləmək;
  • İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
  • Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsi;
  • Mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
  • Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq ;
  • Bashak Supply-ın bərabərlik və eynilik prinsiplərini aktiv şəkildə dəstəkləmək;
  • Mövcud olan inkişaf  səviyyəsinə uyğunlaşmaq üçün  təlim və treninqlərdə iştirak etmək;
  • Qeyd olunmayan,meydana çıxan digər məsuliyyətləri öz üzərinə götürmək;
  • Bashak Supply üçün satınalma siyasətini qanunvericiliyə uyğun aparmaq,müvafiq qurumlar üçün satınalma strategiyasının hazırlanması, həyata keçirilməsi və davamlı şəkildə idarə edilməsinə cavabdehlik.

İş şəraiti:

  • Əmək haqqı:  2500-3000 AZN +bonus (KPİ);
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə (korporativ tarif);
  • İş günlərinin sayı 5 gün saat 09:00-18:00;
  • Ünvan: Ziya Bünyadov 13.