İşin təsviri
                
                
                                
                Namizədə aid tələblər:
	- Ali təhsilli;
 
	- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
 
	- Satınalma və tender sahəsində 3-4 ildən artıq iş təcrübəsi ( Təcrübə mütləqdir);
 
	- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
 
	- Kompüter biliklərinə sahib olmalı;
 
	- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
 
	- Yaş həddi 28-35 yaş arası;
 
Vəzifə öhdəlikləri:
	- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
 
	- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
 
	- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
 
	- Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
 
	- Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
 
	- İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
 
	- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
 
	- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
 
	- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
 
	- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
 
	- Tender prosesi zamanı şirkətin təmsil olunması;
 
	- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
 
	- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
 
İş qrafiki:
	- Həftə içi 5 gün saat 09:00-18:00,
 
	- Nahar şirkət tərəfindən verilir,
 
	- Korporativ nömrə (korporativ paket),
 
	- Əməkhaqqı: müsahibə əsasında
 
	- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
 
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.başak