Korporativ müştərilərlə iş qrupu - Qrup rəhbəri

  • Unicapital
  • Elanın qoyulma tarixi: 28.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barəsində məlumat:

  • Qrupun işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların öz vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək;
  • Cəmiyyətin korporativ və institutsional müştərilər üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satışını təşkil etmək;
  • Cəmiyyətin müştəriləri qarşısında müsbət korporativ imicini formalaşdırmaq;
  • Korporativ və institutsional müştəri bazarını araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
  • Korporativ və institutsional VİP müştəri xidmətini təşkil etmək və bu istiqamətdə birbaşa satış prosesini həyata keçirmək;
  • Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu qiymətləndirmək və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Rəhbərliyə təqdim etmək;
  • Potensial müştərilərlə görüşlərin, təqdimatların keçirilməsi və zəruri hallarda birbaşa satış prosesinin həyata keçirilməsi;
  • Korporativ və institutsional məhsullar üzrə yeni partnyorların cəlb olunması. Həmin partnyorlar üzrə iş  prosesinə nəzarətin edilməsi;
  • Cəlb edilmiş müştərilərin xidmət nöqtələri üzrə bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
  • Öz fəaliyyət sahəsi üzrə daxili elektron müştəri bazasının (CRM) idarə edilməsi işinin təşkili və ona nəzarət;
  • Qrupun icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları əməkdaşlar arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını tələb etmək;
  • Tabeliçiyində olan işçilərin işinə və funksional öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək və gündəlik fəaliyyətini idarə etmək;
  • Müvafiq sənədlərinin saxlanılmasını təmin etmək;
  • Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə kommunikasiyanı təşkili etmək;
  • Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;
  • Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;

Namizəd tələbləri:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il;
  • İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
  • Müştəri əlaqələrinin idarə edilməsi (CRM) platformaları ilə iş vərdişləri;
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis  (upper-intermediate) səviyyədə bilik və Rus dili arzuolunandır;

Əlavə məlumat:

  • Əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənir.
  • İş saatları: 5 gün 9:00-dan 18:00-dək
  • İşçi könüllü tibbi sığorta ilə təmin olunur.