Texniki dəstək üzrə mütəxəssis/kiçik mütəxəssis

İşin təsviri

Vəzifə üzrə fəaliyyəti:

  • Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
  • Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
  • Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi,yaranan problemlərin aradan qaldırılması;
  • Əməliyyat sistemlərinin yazılması.

Tələblər:

  • Ali təhsil (üstünlük texniki ixtisas);
  • İT sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
  • Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
  • Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
  • Ölkədaxili ezamiyyələrə getmək imkanı;
  • Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).

Qeyd : Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə Texniki dəstək üzrə mütəxəssis və ya kiçik mütəxəssisyazmaqla göndərməyiniz xahiş olunur. 

Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.