Satınalmaların təftişi üzrə mütəxəssis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 26.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tərtib edilmiş aylıq plan və rəhbərin göstərişinə əsasən, müvafiq strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
  • Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat aparılan struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək;
  • Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq və ehtimal olunan riskləri müəyyən etmək.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; 
  • Yüksək riskli proseslərin nəzarət mexanizmləri üzrə sınaqların aparılması;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus və İngilis dili arzuolunandır;
  • Komandada işləmək bacarığı;

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri, Huseynbala Əliyev 16;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalmaların təftişi üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi