Memar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif obyektər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsini) işləyib hazırlamaq;
  • Layihələndirmə layihə təkliflərini və şəhər, müəssisə, bina və qurğuların baş planlarını işləyib hazırlamaq, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintini yerinə yetirmə şərtlərini razılaşdırmaq; 
  • Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsini, habelə qəbul edilmiş layihə həllini, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiala uyğun olmasını təmin etmək; 
  • Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanı tərtib etmək, tikintinin smeta dəyərini, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materiallarını müəyyən etmək; 
  • Layihə - axtarış işlərinin aparılması üzrə podrat təşkilatlarla müqavilə bağlanması üçün materialları hazırlamaq; 
  • Podrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımi məlumatlarla təmin etmək;
  • Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək.

Namizədə dair tələblər:

  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Memarlıq sahəsi üzrə ali təhsil;
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihələndirmənin metodları bilikləri və layihə işlərinin təşkili və planlaşdırılma bacarıqları;
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair biliklər;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumat;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübə;
  • Microsoft Office, AutoCad, 3Dmax, Revit və s. proqramlarında səlis işləmə.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Əmək haqqı: 1718 manat (net) və ildə 3 dəfə əmək haqqının 100% miqdarında mükafat.

Tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Memar” qeyd etməklə göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar