Kreditlərin verilməsi və Borcların yığılması üzrə mütəxəssis (Ağcabədi nümayəndəliyi)

  • BOKT AzKredit ASC
  • Elanın qoyulma tarixi: 21.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Əsas vəzifə və öhdəlikləri:

  • Bazar araşdırılması və sorğuların həyata keçirilməsini təşkil etmək, yaxud köməklik göstərmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  • Kredit verilməsi üçün sənədləri hazırlamaq, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlilini aparmaq;
  • Zəruri olduqda girov kimi təqdim olunan əmlakın girov qoyulmasında iştirak etmək;
  • Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək;
  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
  • Qətnamələrin icrası ilə bağlı icra şöbələri ilə işlərin qurulması;
  • Müştərilərlə borcların ödətdirilməsi istiqamətində müvafiq kommunikasiyaların aparılması.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil ;
  • Mikrokreditlərin verilməsi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
  • Word, Excel proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq, biznes təhlillər aparmaq bacarığı;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 31 iyul 2023-cü il tarixinədək təqdim etsinlər. 

E-məktubunuzun mövzu hissəsində “Kreditlərin verilməsi və Borcların yığılması üzrə mütəxəssis (Ağcabədi)” qeyd edin.Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq