İşin təsviri
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək;
- Balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Xarici qurumlara rüblük hesabatlar göndərmək və göstəricilər üzrə izahlar vermək;
- Xərclər üzrə Cəmiyyət daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq;
- Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək;
- Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatını təmin etmək;
- Biznes planlarının tərtibatı üçün materialları hazırlamaq;
- Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını təhlil edərək rəhbərinə təqdim etmək;
- Əsas fondun cari və əsaslı təmirin maliyyələşdirilməsinin qayda və meyarlarının müəyyən edilməsinində iştirak etmək;
- Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
- Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
- Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
- Büdcənin icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərinə təqdim olunması;
- Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
- Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
- Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
- Maliyyə hesabatlarının hazırlanması;
- Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
- Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
- Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
- Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması.
Namizədə tələblər:
- Maliyyə ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi, ACCA, CIMA, CFA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır
- Microsoft Office proqramları.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
- İş yeri: Baki şəhəri, M.Müşfiq 2H;
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə üzrə aparıcı mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.