Korporativ Satış üzrə Kiçik Mütəxəssis

İşin təsviri

Əsas öhdəliklər:

  • Korporativ satışla bağlı bazar araşdırmalarının aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Potensial müştərilərin və tenderlərin axtarışı;
  • Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması;
  • Rəqiblərin fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması;
  • Sorğuların qəbul olunması, qiymətləndirilməsi və təkliflərin göndərilməsi;
  • Görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
  • Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi.   
  • Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətlərinin inkişaf etdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsilli;
  • 1-3 il iş təcrübəsi;
  • İngilis dilini yüksək səviyyədə bilməli, Rus dili biliyi üstünlükdür;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • Sürücülük vəsiqəsi olmalı, şəxsi maşınının olması arzuolunandır;
  • Problemlərin həll etmə bacarığı;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli;
  • İşgüzar və məsuliyyətli olmalı.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ satış üzrə kiçik mütəxəssis” yazaraq 20.08.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur. 

İşəgötürənin reytinqi