İnsan Resursları üzrə Mütəxəssis

  • Star Express
  • Elanın qoyulma tarixi: 19.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
  • İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • E-Gov və ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması;
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlamaq;
  • İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyətini (finger print) izləmək və tam məlumatı təqdim etmək;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Əlaqədar sahə üzrə minimum 1-2 il iş təcrübəsi;
  • Yaş: 22-30 yaş arası;
  • MS Office, ƏMAS istifadə bacarığı;
  • Sahə üzrə sertifikatlar üstünlükdür.
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Sənədlərlə işləmək bacarığı;
  • İngilis və rus dilləri arzuolunandır;
  • Ünsiyyətcil olmalı;
  • Təşəbbüskar olmalı;
  • Ciddi, məsuliyyətli, səliqəli olmalı;
  • Kollektivdə işləmək bacarığı;
  • Problemi həll etmək və təşkilatçılıq bacarığı;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Operativlik və çalışqanlıq;
  • Zamanın idarəolunması;
  • Detallara diqqət;

İş yeri: Bakı şəhəri

İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:30 - 18:00)

Əmək haqqı: 700-800 AZN

Nahar:  Şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.