İşin təsviri
Vəzifə öhdəlikləri:
- Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək; Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək;
- Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək;
- Arxivdə yerləşdirilmiş sənədlərin yerini arxiv proqramında qeyd etmək;
- Arxivdə saxlanma müddəti bitmiş sənədləri ayırmaq və onları prosedur qaydalarına uyğun olaraq ləğv etmək;
- İş yerinin və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi və səliqəliliyini lazımi səviyyədə saxlamaq;
- Sənədlərin saxlanma və texniki-təhlükəsizlik qaydalarının pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək;
- Struktur bölmələrinə sənədlərin prosedur qaydalarına uyğun surətlərinin, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək;
Tələblər:
- Ali təhsil;
- Şirkətin sənədləri ilə işləmək bacarığı;
- Kompüter və arxiv avadanlığı ilə işləmək bacarığı, ofis proqramları bilikləri;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: razılaşma yolu
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Arxivçi” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.