Anbardar

İşin təsviri

Namizədə Tələblər:

  • Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Səhiyyə yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
  • Türk vəRus dili (arzuolunandır);
  • Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Excell) proqramlarını mükəmməl bilməlidir; 
  • Yüksək səviyyədə problem həll etmə bacarıqları;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyətlilik;
  • Cavabdehlik;
  • Komanda ilə işləmə bacarığı.
  • Stresə davamlılıq

Vəzifə üzrə öhdəliklər:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
  • Mal-materialın qəbulu,təhvili, sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət  etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
  • Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
  • Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real vakt rejimində məlumatları daxil etmək;
  • Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığa və inventara nəzarət etmək, uyğunsuzluq olarsa lazımi şöbələrə vaxtında məlumat vermək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və  uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Anbarın işçilərinə rəhbərlik etmək, mal-materialın düzgün yığılması və boşaldılmasına nəzarət etmək, anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
  • Sahələri, satışı tələb olunan mallar və material ilə vaxtında təmin etmək;
  • Anbara giriş-çıxış yollarının və qapılarının  işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;
  • Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək.

E-mail: [email protected]