Onlayn satış üzrə mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 14.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • MS Office proqramlarında işləmək;
  • Komanda ilə işləmə qabiliyyəti, təqdimetmə bacarığı və nəticə yönümlü olmaq;
  • Rus və İngilis dil biliyi üstünlükdür;
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür.

Öhdəliklər:

  • Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
  • Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək;
  • Satılan məhsullarla bağlı məlumatları ətraflı və düzgün şəkildə öyrənmək və müştəriyə çatdırmaq;
  • Müştərilərlə etik qaydalara uyğun olaraq şifahi və yazılı şəkildə ünsiyyət qurmaq;
  • Müştərilərin hansı məhsul kateqoriyasına və ya markalarına olan tələbatını verilən suallar əsasında düzgün şəkildə təyin etmək;
  • Müştərilərin tələblərinə və istəklərinə uyğun olaraq düzgün məhsul seçiminə köməklik göstərmək;
  • Bütün məhsul kateqoriyalarına aid kampaniyalar haqqında məlumatları müştərilərə düzgün şəkildə çatdırmaq;
  • İnandırıcılıq qabiliyyətindən istifadə edərək müştərini məhsulun keyfiyyətinə inandırmaq və satışı təmin etmək;
  • Satış ilə bağlı elektron sənədləşmə işlərini yerinə yetirmək;
  • Problemli müştəri ilə danışarkən əsəblərinə hakim olmaq və müştəri məmnuniyyəti prinsiplərinə sadiq qalmaq;
  • Daim bazar araşdırması edərək müxtəlif məhsul kateqoriyaları və yeni məhsul növləri haqqında məlumatlılığını artırmaq.

Əgər siz də müvafiq sahələr üzrə yeni bilik və bacarıqlar əldə etmək və karyeranızı Baku Elecronics şirkətində davam etdimək istəyirsinizsə elektron ünvanına CV-lərinizi mövzu hissəsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz!

İşəgötürənin reytinqi