Marketinq direktoru

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 11.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təşkilatın illik marketinq planının icrasının təşkili ; 
  • Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması ; 
  • Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi ; 
  • Fərqli məhsullar  üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması ; 
  • Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.) ; 
  • “Google SEO” və “Mass Mail” işinin təşkili ; 
  • Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili ; 
  • Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
  • Dövrü hesabatların hazırlanması və təhlili.

Vəzifə üzrə tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi (Xidmət sektorunda təcrübəsi olanlara üstünlük veriləcək) ; 
  • Rus və ingilis dili biliyi ; 
  • MS Office proqramlarından istifadə bacarığı ; 
  • Təqdimat və ünsiyyət bacarığı ; 
  • Analitik və tənqidi düşünmə bacarığı ; 
  • Məsuliyyətlilik, çeviklik, dürüstlük ; 
  • Komanda ilə işləmə və idarəetmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Marketinq direktoru” qeyd etməklə CV-lərini göndərə bilərlər. 

İşəgötürənin reytinqi