SƏTƏM mütəxəssisi

İşin təsviri

Vəzifə funksiyaları:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.

Tələblər: 

  • Ali təhsil;
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Sahə üzrə sertifikatların olması arzuolunandır.

İş şəraiti:

  • 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Binəqədi-Xırdalan şossesi 7
  • Əmək haqqı: 800-1000 azn