Suvarma sistemləri üzrə layihəçi

  • Company
  • Elanın qoyulma tarixi: 10.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Damlama suvarma fəaliyyəti ilə məşğul olan şirkətə aşağıdakı kriteriyalara uyğun işçi axtarılır.

Əmək haqqı: 1500 manatdan başlayaraq 

İş rejimi: 5 günlük, saat 09.00-18.00

Təcrübə: Oxşar sahələrdə 2 ildən artıq

Daimi İş yeri: Azərbaycan, Bakı – Layihələr ilə bağlı ölkə ərazisinə ezam olunma

Təhsil: Mühəndislik və ya oxşar sahə üzrə bakalavr dərəcəsi

Öhdəliklər:

  • Suvarma layihələrinin hazırlanması və müştərilər ilə razılaşdırılması
  • Sahədə müştərilər ilə görüşlər keçirmək, tələblərini öyrənmək və onun əsasında layihə işlərinə başlamaq
  • Göl/su rezervuarı, ehtiyyat su miqdarı ilə bağlı təkliflər və cizgilər təqdim etmək
  • Layihə üzrə tam material siyahısının çıxarılması
  • Nasos və filtr avadanlıqlarının seçilməsi
  • Hazırlanmış layihə üzrə işlərin gedişatı ilə tanış olmaq
  • Sistemin sınaq olunub müştəriyə təhvil verilməsində iştirak etmək 
  • Suvarma sahəsi üzrə müştəriyə müxtəlif alternativlərin/təkliflərin təqdim edilməsi
  • Komandada işləmə bacarığı, sahə mühəndisləri ilə sıx əməkdaşlıq etmək, lazım   gəldikdə layihələrə operativ şəkildə dəyişiklik etmək

Tələblər:

  • AutoCad və ya oxşar proqramlar üzrə işləmə bacarığı
  • Mobil telefon vasitəsi ilə ərazinin koordinatlarının ölçülməsi bacarığı
  • Hidravlika üzrə ilkin bilik bazası
  • Elektrik/energetika üzrə ilkin bilik bazası üstünlükdür
  • Nasoslar və filtrlər üzrə anlayışlar (problemlərin təyin olunması üçün)  
  • Dil Bilikləri: Azərbaycan dilində səlist danışmaq və yazışmaq, Orta səviyyədə İngilis dilində anlamaq və yazışma aparmaq, Rus dili bilikləri üstünlükdür.
  • Kompüter bilikləri: AutoCad, MS office

Seçim prosesi:

Müraciətin son tarixi 31.07.2023-cü ildir. Müraciətlər yalnız son tarixdən əvvəl qəbul olunacaq. Bütün müraciətlər gizli saxlanacaq və yalnız namizədlər ilə əlaqə saxlanılacaq. Seçim prosesi CV-nin nəzərdən keçirilməsi, telefon müsahibəsi və şəxsi müsahibələrdən ibarət olacaq.

Vakansiyaya müraciət etmək istəyən namizədlər mövzu bölməsində “Suvarma sistemləri üzrə layihəçi” qeyd edərək CV-ni göndərə bilərlər.

Müraciət edən bütün şəxslərə təşəkkür edirik, lakin yalnız seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq. Bizim ilə maraqlandığınız üçün təşəkkür edirik və Sizə uğurlar arzulayırıq.