Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı/baş mütəxəssis (DBA)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta);
  • PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
  • Oracle/PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
  • Verilən bazalarının daxilində mövcud olan proqramlardan istifadə etmə bacarığı; (Backup/restore,export/import və s.)  
  • Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
  • Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
  • Proseslərin avtomatlaşdırılması üçün SQL sorğuların yazılması;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı/baş mütəxəssis (DBA) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi