İşin təsviri
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki-6gün
- Əmək haqqı -500 azn
Tələblər:
- Ali təhsil
- Dillər : azərbaycan dili
- Ünsiyyət qurmaq bacarığı
- Kollektivdə işləmək bacarığı
Vəzifə təlimatı:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
- Qaimə və hesab fakturalar əsasında anbardakı prosesləri həyata keçirmək;
- Müştərilərin sifarişlərinə görə məhsulların komplektləşdirilməsi;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
- İşçilər arasında iş bölgüsünü aparmaq və işçilərin davamiyyətinə nəzarəti həyata keçirmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı saxlanmasını icra etmək.
CV-lərinizi “Anbardar köməkçisi” başlığı ilə poçt ünvanına göndərməyiniz xahiş olunur.