Maliyyə/Biznes Nəzarəti şöbəsinin Aparıcı Mütəxəssisi/Eksperti

  • Telecom
  • Elanın qoyulma tarixi: 07.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Konsolidə edilmiş plan və proqnozların koordinasiyası və hazırlanmasının təşkili, maliyyə dəstəyi ilə müxtəlif layihələrdə iştirak;
  • İşgüzar təcrübənin hazırlanması və təqib edilməsi, əməliyyatların effektivliyinin artırılması;
  • Şirkətin İnvestisiya Forumunun fəaliyyətinin təşkili və koordinasiyası (materiallar, toplantılar və s.).

Qeyd:

  • İş Cədvəli: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir.

Əsas Öhdəliklər:

  • Büdcə, maliyyə tendensiyaları və proqnozların vaxtında və dəqiq təhlilini təmin etməklə Maliyyə əməliyyatlarının etibarlılığını təmin etmək;
  • Büdcə ilə faktiki fərqləri təhlil etmək, təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
  • Müxtəlif tərəfdaşlar üçün xüsusi məlumat sorğuları hazırlamaq;
  • Biznesin planlaşdırılması prosesini idarə və koordinasiya etmək, şirkət strategiyasının hazırlanmasında dəstək olmaq;
  • Müxtəlif departamentlərdən daxil olan Biznes Planlarını təhlil etmək, ardıcıllığını yoxlamaq, tövsiyələr vermək;
  • Maliyyə performansı və biznes imkanlarının strateji cəhətdən inkişaf etdirilməsinə dair tövsiyələr vermək;
  • Şirkət daxilində təşəbbüs və layihələrin maliyyə cəhətdən qiymətləndirilməsi və təhlili, işgüzar təcrübələrin hazırlanmasında dəstək olmaq;
  • Faktiki nəticələri planlaşdırılmış nəticələrlə müqayisə və təhlil etməklə təşəbbüsləri təqib etmək;
  • Şirkət rəhbərliyi və işçilərə biznes fəaliyyətinin maliyyə nəticələrinə dair məsləhət vermək;
  • Keyfiyyətli investisiya qərarlarının qəbulu prosesində şirkətin İnvestisiya Komitəsinin fəaliyyətini asanlaşdırmaq və koordinasiyasını təşkil etmək.

Hesabatvermə:

  • Biznes Nəzarətçisi Biznes Nəzarəti şöbəsinin rəhbərinə hesabat verir.

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Ali Təhsil;
  • Audit, biznesə nəzarət və/və ya maliyyə planlaması, proqnozlaşdırma sahəsində 4 illik təcrübə (Telekom sahəsində təcrübəyə malik olmaq üstünlükdür);
  • Dil biliyi: Azərbaycan və İnglis dilləri - əla səviyy;
  • Advanced Microsoft Office Proqramları;
  • IFRS üzrə bilik;
  • Planlaşdırma vasitələri ilə işləmək bacarığı;
  • Data və maliyyə modelləri ilə işləmək bacarığı;
  • SAP ilə işləmək bacarığı.