Korporativ və KOS Müştərilərə Dəstək şöbəsinin Kiçik Mütəxəssisi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 07.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bütün sifarişlərin, əməliyyatların və müştəri ödənişlərinin və onunla əlaqədar əməliyyatların dəqiq və səhvsiz icra edilməsi;
  • Bank daxili strukturlar arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn sorğuların vaxtında cavablandırılmasının təmin edilməsi;
  • Müştəridən daxil olan şikayətlərin idarə olunması, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün rəhbəri ilə birlikdə müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması;
  • Müvafiq daxili proseslərə uyğun olaraq məhsullar üzrə standart və güzəştli tarif məlumatlarının sistemlərdə yenilənməsinin təmin edilməsi;
  • Bank sistemində məhsul yaradılmasında daxili müştərilərə dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il 
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office (excel, world)
  • Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Ödəniş sistemləri sahəsində təcrübə
  • Başqa tələblər: Qərarvermə, analitik düşünmə, koçinq bacarığı, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. 

İşəgötürənin reytinqi