İşin təsviri
Tələblər:
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan (yüksək), İngilis (orta), Rus (orta)
- Ofis proqramlarını bilmək
- Korporativ, xidmət və iş standartlarına uyğun olma bacarığı
- İnformasiya Texnologiyaları Sahəsində B2B və B2C və ya Korporativ satış sahəsində təcrübə mütləqdir
- Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı
- Müştəriyönümlü Satış və Servis etmək bacarığı
- Səriştəli şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək, telefon etiket qaydalarına riayət etmək
- Ezamiyyətlərə hazır olmaq
- Ünsiyyət bacarıqları, aktiv həyat mövqeyi, nikbinlik, açıqlıq, nəticəyə yönəmli
- İşgüzar yazışmaları Yüksək səviyyədə aparmaq bacarığı (Azərbaycan Dili, İngilis Dili, Rus Dili)
- Bir neçə tapşırıq rejimində işləmək bacarığı
- Yaradıcılıq və işə aktiv yanaşma
- Müstəqil işləmək və qərar qəbul etmək bacarığı
- Liderlik keyfiyyətlərinə malik olmalı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
- Müştəri barədə məlumatları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayıb və müştəri bazasına qeyd edilməsi;
- Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək.
- Kommersiya təkliflərinin hazırlanması
- Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi
- Fərdi və kollektiv satış planının yerinə yetirilməsi
- Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması
- Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Tərəfdaşlarımızın məhsulları və həlləri üzrə təlim və sertifikatlaşdırma
- Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi
İş şəraiti:
- Ölkənin qabaqçıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Group şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Qanunvericiliyə uyğun sənədləşdirmə
- Ə/h 800 - 1500 AZN
- Davamlı karyera inkişafı
Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ satış üzrə mütəxəssis" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.