Gömrük işləri üzrə mütəxəssis

  • Agro-West DC LLC
  • Elanın qoyulma tarixi: 06.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gömrük proseslərinə nəzarət edilməsi;
  • Gömrük bəyannamələrinin tərtib olunması və yoxlanılması;;
  • Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
  • Gömrük yoxlanışında olan malların şirkət anbarına düzgün şəkildə çatdırılmasının və təhvil verilməsinin təmin edilməsi;
  • Müqavilələrin və sifariş formalarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Namizədə Tələblər:

  • Təhsil: Ali
  • Dil:Rus dili (əla səviyyədə); İngilis dili (arzuolunan);
  • Komputer biliyi: Microsoft Office (Excel yaxşı səviyyədə);
  • Gömrük üzrə təlimlərdən sertifikat (arzuolunan);
  • Sürücülük vəsiqəsi (B,BC) və avtomobili olmalıdır;
  • Logistika və ixrac əməliyyatları sahəsində 2 il iş təcrübəsi;
  • Tranzit, idxal, ixrac prosesi və yüklərin gömrüklənməsi barədə ümumi anlayış;
  • Problemləri həll etmə bacarığı və analitik düşüncə;
  • Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Korporativ nömrə,nahar,və yanacaq kartı şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
  • Ünvan: LÖKBATAN qəs

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Gömrük işləri üzrə mütəxəssis" yazaraq mail ünvanına göndərə bilərlər.