Aparıcı mühasib

  • Alphakids
  • Elanın qoyulma tarixi: 05.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kommersiya strukturunu bilməli, Dövlət qurumları tərəfindən tələb olunan bütün vergi və maliyyət hesabatlarını tərtib etmək;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş vaxtda tərtib və təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
  • Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərləri, vergi riskləri, kreditor və debitorlarla düzgün hesablaşmalar aparmalı;
  • Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;
  • Pul vəsaitləri haqqında hesabatın, mənfəət və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat);
  • Aparıcı mühasib olaraq ən azı 3 il iş təcrübəsi;
  • 1C 8.3 proqramını; Microsoft Office (Outlook, Word, xüsusi ilə Excel (MS Excell sertifikatına malik olmalı) əla səviyyədə bilməli;
  • Azərbaycan dilini əla səviyyədə bilməli;
  • İngilis dilni B1 (orta səviyyədə) bilməli;
  • Vergi məcəlləsini əla bilməli;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) sertifikatı olanlara üstünlük veriləcək;
  • Dürüst və məsuliyyətli;
  • Yüksək analitik təhlil, iri həcimli məlumatları işləmək bacarığı olmalı;

Digər şərtlər:

  • Yaş həddi: 25 - 45 yaş
  • Əmək haqqı: NETT olaraq 1000 –1500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • Nahar bağça tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq baxçası.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. CV-də yazdığınız məlumatların doğruluğundan əmin olun. Yalnış məlumatın verilməsi müraciətinizin imtina olunması ilə nəticələnə bilər.