Assistans mərkəzinin kiçik eksperti/assistenti

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 04.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi; 
  • Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi;
  • Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi;
  • Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması;
  • Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi;
  • Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;
  • Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək;  
  • Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;
  • Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək;
  • Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali və ya peşə təhsili;
  • Müvafiq vəzifədə 1 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan və Rus dilləri sərbəst bilikləri; İngilis dili biliyinə üstünlük verilir;
  • Microsoft Office bilikləri.

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Dəqiqlik;
  • Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik; 
  • Analitik düşüncə tərzi;
  • Stressə davamlılıq.

Son müraciət tarixi: 23 iyul, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. 

İşəgötürənin reytinqi