Kredit İnzibatçılığı üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Sənədlər toplusu üzrə bütün lazimi sənədlərin tamlığının yoxlanılması;
  • Müqavilələrin yoxlanılması;
  • ABS-ə daxil edilən məlumatların (kredit, faktorinq və ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatlar) yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi;
  • Girov və təminatların ABS-də yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi;
  • Müvafiq idarəetmə orqanının təsdiqindən sonra müştəri hesabına kredit/faktorinq məbləğinin köçürülməsi və prosesin düzgün icrasına nəzarət;
  • Şöbəyə daxil olunan sorğuların əməkdaşlar arasında bolüşdürülməsi və cavabllandırılmasının təmin edilməsi;
  • Gündəlik edilən icra əməliyyatların gün sonu ABS və kağız daşıyıcıda düzgünlüyünün nəzarəti;
  • Maliyyə arayışlarının yoxlanılması;
  • Ayrılmış öhdəliklər üzrə şərtlərin “Covenant List” bölməsinə düzgün doldurulmasına nəzarət edilməsi;
  • Şərtlərin yerinə yetirilmələri üzrə nəzarətin edilməsi;
  • Əməliyyatların ehtiyatla qeydiyyatı və tələb olunan məlumatın elektron məlumat bazasına doldurulması;
  • Bankda effektiv kredit əməliyyatların icrasına dəstək;
  • Şöbə daxilində bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
  • Hər hansı kreditlə əlaqəli istənilən növ tələblərin cavablandırılması, İFRS üçün hesabatların hazırlanması, təminat məsələləri ilə bağlı sistemdə dəyişikliklərin edilməsi;
  • Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notariat qaydada qanuniləşdirilməsi;
  • ABS-lə bağlı olan məsələlərin test edilməsi, texniki tapşırıqların yazılması, yeni produktların yaradılmasında iştirak;
  • Balansdankənar kreditlərin silinməsi / Qətnamələrin uyğunlaşdırılması;
  • Daxili qaydalar ilə müəyyən olunmuş işlərin icrası;
  • Daxili qayda və proseslərin yazılmasında iştirak;
  • Kredit əməliyyatlarının icrası zamanı problemli məsələlərin müəyyən edilməsi və daxili məsələlərin həlli zamanı müvafiq addımların atılması, ehtiyac olduqda digər departamentlərə dəstəyin göstərilməsi;
  • Kredit / Faktorinq məhsulları ilə bağlı sualların cavablandırılması;
  • Kreditin təsdiqi prosesindən sonra aidiyyəti departamentlərlə ünsiyyət;
  • Hazırlanmış Bank hesabatlarının yoxlanılması;
  • MKR-ə məlumatların ötürülməsinə nəzarət;
  • SQO-nun tapşırıqlarınin yerinə yetirilməsi;
  • Bankın əməkdaşlıq etdiyi fondlarla işlərin düzgün görülməsinə nəzarət;
  • Limitlərin ayrılması üçün Fondlarla əlaqələrin saxlanılması;
  • Kredit məsələləri ilə bağlı bütün məlumatların məhkəmə ekspertiziyasına hazırlanması;
  • Şöbə daxili və xarici yaranmış sualların cavablandırılmasına nəzarət.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 3 il 
  • Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint)
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı, şöbə daxili mütəxəssislərlərin düzgün yönəldilməsi, bilik və bacarıqların daimi olaraq mütəxəssislərlə bölüşülməsi, qərarvermə, analitik düşünmə. 

İşəgötürənin reytinqi