Biznes proseslərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes proseslərin mövcud və arzu olunan vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədlərin hazırlanmasının təşkil edilməsi;
  • Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin - siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasının təşkil edilməsi;
  • Biznes proseslərin monitorinqinin keçirilməsi və bu zaman qüsurların müəyyən edilərək aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq biznes proseslərin təhlil edilməsi;
  • Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasının təmin edilməsi və müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparılması;
  • Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət edilməsi.

Vəzifə üzrə ümumi tələblər:

  • Ali təhsil (Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Azərbaycan dili əla, ingilis dilini yaxşı səviyyədə bilməli, rus dilini bilmək üstünlükdür;
  • Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə 3 il iş təcrübəsi;
  • MS Visio, MS Word və MS PowerPoint əla səviyyədə, MS Excel yaxşı səviyyədə bilməli;
  • Maliyyə, İdarəetmə sahəsi üzrə sertifikatının olması arzuolunandır.

Vəzifə üzrə tələb olunan biliklər:

  • Risklərin idarə edilməsi üzrə nəzəri biliklər;
  • Biznes prosesləri üzrə nəzəri və praktiki biliklər;
  • Daxili normativ sənədlərin tərtibi üzrə yüksək praktiki və nəzəri biliklər.

Vəzifə üzrə tələb olunan bacarıqlar:

  • Analitik düşüncə;
  • Araşdırma;
  • Yüksək kommunikasiya və təqdimat bacarığı.

Əlavə məlumatlar:

  • İş saatı: 09:00 – 18:00;
  • İş rejimi : Həftə içi 5 gün;
  • Tibbi sığorta;
  • Korporativ nömrə;
  • Peşəkar təlimçilər tərəfindən təlimlər.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını Biznes proseslərin idarə edilməsi üzrə aparıcı mütəxəssisqeyd etməklə göndərə bilərsiniz.

İşəgötürənin reytinqi