Maliyyə şöbəsinə iqtisadçı

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 23.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Ali (iqtisadiyyat sahəsi) 
  • İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan - əla (səlis), Rus və ingilis dilləri - arzuolunandır
  • Kompüter bilikləri:  Microsoft Office, Excel üzrə biliklər (Excel bilikləri yaxşı səviyyədə), Outlook, 1C
  • Digər: İxtisas üzrə yüksək biliyə malik olan və mütəmadi inkişaf etmək və öyrənmək istəyən

Əlavə: 

  • Gündəlik olaraq Elektron Vergi Portalında daxil olan elektron qaimə-fakturaların əks  etdirilməsi;
  • Müvafiq elektron qaimə-fakturaların hazırlanması;
  • İlkin sənədlər əsasında ödəniş tapşırıqlarının hazırlanması; 
  • Hesablaşmaların təhlili, uzlaşmalar - inventarlaşdırılması üçün məlumatların verilməsi;
  • Mədaxil və məxaric sənədlərinin hazırlanması; 
  • Fakturaların qeydiyyatı Üzləşmə aktlarının hazırlanması; 
  • Problemləri həll etmə bacarığı; 
  • Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi; 
  • Rəhbərliyin və şöbə müdiri-baş mühasibin tapşırıqlarını vaxtında yerinə yetirmək. 

Vəzifə üzrə səriştələr: İş məhsuldarlığı, təhlil bacarıqları, məsuliyyətlilik, təşəbbüskarlıq, keyfiyyətlilik, effektivlik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik, nəticəyönümlülük.

İş yeri haqqında:

  • İş saatı:  5 günlük iş qrafiki (09:00 – 18:00)
  • Nəqliyyat: Şirkət tərəfindən servis təşkili (yaxınlıqda yerləşən metro stansiyadan)
  • İşə qəbul, əmək müqaviləsinə xitam verilməsi, davamiyyət, məzuniyyət, ezamiyyət və digər əməliyyatlar qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir

Əmək haqqı: 650 AZN (gross) əlavə olaraq bonus imkanları mövcuddur

Uyğun namizədlərdən mövzu yerində “İqtisadçı” adını qeyd etməklə e-mail ünvanına CV-ni göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.