Məlumat mərkəzi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı/baş mütəxəssis

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 23.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şəhər:  Bakı (Baş Ofis)

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 21-30
  • Azərbaycan və rus dillərini səlis bilməli (İngilis dili üstünlükdür)
  • Kompüter proqramlarını bilmə bacarığı (MS Office proqramlarından istifadə bacarığı)
  • Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı (şifahi və yazılı).
  • Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti
  • Analitik düşüncə,punktuallıq ,işində çevik, məsuliyyətlilik, 
  • Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı , komandada işləmək bacarığı;
  • Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
  • Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
  • Sosial şəbəkələr ilə işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Sosial Media üzərindən gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Müştərilərin bank məhsulları haqqında ünvanladığı sualları cavablandırmaq;
  • Kredit müraciətlərinin ilkin təhlili və müvafiq bölməyə yönləndirilməsi;
  • Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
  • Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
  • Görülən işlərin gündəlik hesabatını aparmaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ və keyfiyyətli şəkildə yerinə yetirilməsi;

Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumatlandırma bölməsi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis” yazmağı unutmayın.   

İşəgötürənin reytinqi