Mühəndis-təchizatçı

İşin təsviri

Tələblər:

  • 30-50 yaş;
  • Ali texniki  təhsil;
  • Dillər : azərbaycan dili (vacib), rus dili (vacib), ingilis dili (vacib)
  • Ofis proqramlarını bilmək
  • Ünsiyyət qurmaq bacarığı
  • Kollektivdə işləmək bacarığı
  • Sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil
  • Yanğından mühafizə sistemləri  üzrə minimum 3-4 il iş təcrübəsi
  • Yanğından mühafizə sistemlərinə  aid təmir tikinti normaları və QOST standartları bilməli 
  • AUTOCAD proqramı ilə sərbəst işləmək bacarığı.
  • Yanğın siqnalizasiya sisteminin quraşdırılması və proqramlaşdırılması sahəsində təcrübəsi olan
  • Zəif axın, yanğın sulu,qazlı, köpüklü söndürmə sistemlərinin,eləcə də yanğın hidrantı,sprinkler sismtelərinin montajı sahəsində təcrübəsi olan     
  • Yanğın xəbərvermə sistemlərinin quraşdırılması,təmiri,servisi (tüstü və isti detektorları, yanğın nəzarət panelləri və s.)
  • Yanğından mühafizə sistemləri brendlərinin, istehsalçılarını tanımaq

Vəzifə təlimatı:

  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri
  • Binalarda və tikililərdə zəyif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ bazanın və standartları bilmək
  • Layihənin icrası zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Yanğından mühafizə sistemlərinə aid material növlərini, təyinatını və spesifikasını bilməli
  • İstifadə olunan avadanlığın konstruktiv xüsusiyyətlərini, təyinatını, iş prinsiplərini və istismarı qaydalarını bilməli;
  • Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
  • Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
  • Təchizatçılar ilə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
  • Materialların və məmulatların qəbul olunmasını təşkil etmək və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil etmək;
  • Rəhbərliyin  tapşırıqlarını  və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək.

 

Əmək haqqı: 1000 AZN + artan əmək haqqı (razılaşma yolu ilə)

Göndərilən məktubun “mövzü” yerində “Təchizatçı-mühəndis” qeyd edin.