İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

  • Ərazi:Bakı şəhəri,Yasamal rayonu
  • Maaş: 1000-1500 azn/ Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
  • Staj: ən azı 3 il
  • Yaş-23-40
  • Təhsil: Ali 
  • İş rejimi: 5 iş günü

Vəzifə öhdəlikləri:

  • ƏMAS sistemində işçilərin işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək.
  • Kadr uçotunu aparmaq, İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq, Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi; Əmək müqavilələrinin hazırlanması
  • Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması
  • Əmək kitabçalarında qeydlərin aparılması
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanması və təqdim edilməsi/DSMF 
  • İş vaxtının cəmlənmiş uçot rejiminin tətbiqi qaydasını bilmək .
  • Əməkhaqqının hesablanması/payroll
  • Aylıq işədavamiyyət hesabatını tərtib etmək
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Əmək haqqı kartlarının sifarişi və işçilərə təhvil verilməsini təşkil etmək
  • İşçilərin disiplininə və dəvamiyyətinə nəzarət edilməsi;
  • Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək 
  • İşçilərin performansının ölçülməsi və iş zamanı qarşılaşdıqları problemlərin vaxtında aşkar edilməsi.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Namizədə bağlı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 ilədək iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
  • Komandada işləmək bacarığı;
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “İR üzrə mütəxəssis” qeyd edərək elektron ünvanına göndərə bilərlər.

Sahil Transport Construction tərəfindən digər vakansiyalar