Energetika şöbəsinin müdiri

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 20.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə   enerji sistemlərinin İstismarı prosesinə aid olan bütün  sənədləri Departament   və  “Aztelekom MMC-nin texniki deparatmentin Energetika şöbə rəhbərinin  (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir; 
  • Şəbəkədə istismarda olan texnoloji  avadnlıqların profilaktik iş planlarını hazırlayır Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə  razılaşdırır və icrasına nəzarəti təmin edir.
  • Enerji  şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir. Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini;  (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz  olunması vəs. təmin edilməklə);
  • Baş idarənin TD/ EŞ daxil olmuş istəyə uyğun olaraq yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik  bağlantıların verilməsinin təşkili;
  • Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
  • AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
  • “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
  • Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və  müəyyən   olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir; 
  • Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyyac olduqda filal energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərin tədim olunması. 
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili; 
  • Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili. Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
  • Bina təsərrüfatlı elektrik sistemləri - İstismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
  • Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri. Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
  • Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır,  Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə  razılaşdırır və icrasını təmin edir.
  • Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;

Kvalifakasiya üzrə tələblər və bacarıqlar:

  • Energetika  və ya  Rabitə və İnformasiya Texnologiyaları  sahəsində Ali Təhsilli 
  • Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır;
  • Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
  • Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini və digər istismar Təlimat və Qaydalarını  bilməlidir.
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini  bilməlidir;
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
  • Şəbəkənin layihələndirilməsini bilməlidir. Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır.
  • Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı  şirkətə məxsus avtomobilləri  idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
  • Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa)  malik olmalıdır;
  • Kompyuter bilikləri üzrə : MS Office , Outlook və Qida qurğularının istismarına aid  programlarını bilməlidir,

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • İş vaxtı: 09:00 - 18:00
  • İş yeri/şəhər: Sumqayıt, Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu  hissəsində Energetika şöbəsinin müdiri” vakansiya adını, müraciət olunan iş yeri/şəhər adı və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Sumqayıt, Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri.

Son müraciət tarixi: 15.07.2023.

İşəgötürənin reytinqi