POS marketinq üzrə mütəxəssis

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 20.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Əlaqəli sahə üzrə minimum 1 il;
  • Dil bilgiləri: İngilis dili üstünlükdür:
  • MS Office  bilikləri;
  • Komanda ilə işləmə bacarığı, çevik, analitik düşüncə və problem həlletmə bacarıqları:

Vəzifə öhdəlikləri:

  • Mağaza daxili və xarici reklam işlərini şirkət konseptinə uyğun təşkil etmək;
  • Şirkətin yük avtomobilləri və küçə reklamlarının (bilboard, transparant, light box və s.) sifarişi və icarə müddətlərinin izlənməsi proseslərini həyata keçirmək;
  • POS marketinq layihələri üzrə mağazalarda ölçülər götürmək və mağazanı brandbook-da qeyd olunan normalar üzrə pos marketinq materialları ilə təmin etmək;
  • Mağazadaxili yenidən bərpa işləri, pos marketinq köhnə reklamların yenilənməsini təşkil etmək;
  • Mütəmadi olaraq mağazaların pos marketinq materiallarının brandbook-a uyğunluğunu yoxlamaq;
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək:

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “POS marketinq üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi