İnsan resursları əməliyyatları üzrə mütəxəssis

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 16.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləriniz:

  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, əmək müqavilələrinin hazırlanması və dəyişikliklərin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
  • Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi.

Tələblər:

  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Davamiyyətin izlənilməsi və aylıq tabellərin hazırlanması üzrə təcrübə (olması üstünlükdür);
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.

Təminatlar:

  • Nahar yeməyi;
  • Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Baki şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

Uyğun namizədlərdən mövzu hissəsində “İnsan resursları əməliyyatları üzrə mütəxəssis” qeyd edərək mail ünvanına müraciət etmələrini xahiş edirik.