İxrac üzrə satış mütəxəssisi

  • Agrarco
  • Elanın qoyulma tarixi: 15.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Şirkətin strateji hədəflərinə uyğun olaraq daxili və xarici bazarın araşdırılması;
  • Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
  • Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
  • İxrac əməliyyatları üzrə müqavilələrin hazırlanması prosesinin şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib edilməsi;
  • İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasının təmin edilməsi;
  • İxrac üzrə satış planının yerinə yetirilməsi;
  • Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
  • Şirkətin yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil edilməsi;
  • İxrac sənədlərinin (sertifikatlar, aktlar və s.) hazırlanması;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası

Tələblər:

  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan, rus, ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını peşəkar istifadə bacarığı;
  • Dizayn proqlamlarında işləmə bacarığı;
  • Yüksək səviyyədə qərarvermə bacarığı, analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarığı;
  • Dürüstlük, məsuliyyətlilik, çeviklik, təşəbbüskarlıq;
  • Yalnız və komanda ilə effektiv işləmə bacarığı;
  • SMM və reklam üzrə biliklər arzuolunandır;
  • Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır.

Sosial imtiyazlar:

  • İxrac olunan məhsula görə mükafat
  • Tibbi sığorta (özü və ailə üzvləri üçün)
  • Korporativ nömrə və danışıq limiti