SPA Receptionist

İşin təsviri

Əsas öhdəliklər: 

  • Standart əməliyyat prosedurlarına dair təlimata riayət etmək.
  • Qeydiyyat şöbəsinin idarə edilməsi üçün ləvazimatların inventarını aparmaq.
  • Yerli normativ tələblərə müvafiq olaraq dəqiq qeydlərin aparılması.
  • Şöbənin həftəlik / aylıq kommunikasiya iclaslarında iştirak etmək.
  • Nağd pul əməliyyatları üçün dəqiq mühasibatlıq işlərini aparmaq və iş növbəsinin sonunda bütün əməliyyatları təhvil vermək.
  • Mərkəzin daim mükəmməl səviyyədə olmasını (həm əməliyyatlar, həm də təmizlik   baxımından) təmin etmək.
  • Texniki təhlükəsizlik və xidmət səviyyəsinin idman mərkəzi üçün prioritet məsələ olduğunu nəzərə alaraq daim qonaqların və klub üzvlərinin məmnunluğuna nail olmaq.
  • Telefon zənglərinə operativ və peşəkarlıqla cavab vermək və yardım üçün müvafiq istiqamətə yönləndirmək.
  • Mərkəzin üzvlərini və qonaqları mehriban və gülərüzlə qarşılamaq.
  • Lazım olduqda qonaqları müşayiət etmək.
  • Mərkəzin bütün işləri haqqında kifayət qədər məlumatlı olmaq.
  • Mərkəz haqqında şəxsən və telefon vasitəsilə informasiya və məlumatlar təqdim etmək.
  • İcazəsiz şəxslərin daxil olmasını məhdudlaşdırmaqla mərkəzin bütün ərazilərində giriş – çıxışa  nəzarət etmək.
  • Göstərilən xidmətlər müqabilində müştərilərdən pulları və digər müvafiq ödənişləri yığmaq.
  • Sifarişlər / planlaşdırma işlərinin aparılması.
  • Qapıların açılması və bağlanması prosedurlarına dair ətraflı biliklərə malik olmaq.
  • Tələb edildikdə idman mərkəzi üzrə tanışlıq turları keçirmək.
  • Qəbul şöbəsinin bütün işlərinin yüksək peşəkarlıqla aparılmasını təmin etmək.
  • Telefonla və şəxsən edilən sorğuları cavablandırmaq, klub haqqında hərtərəfli və dolğun məlumatlar vermək.
  • Xüsusi tapşırıqları yerinə yetirmək.
  • Lazım olduqda, satış paketlərini koordinasiya etmək.
  • Ofis sənədlərinin saxlanılması.
  • Qeydiyyat şöbəsinin bütün  materiallarının inventarlaşdırılması və saxlanılmasını həyata keçirmək.

Texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə öhdəliklər:

  • TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
  • Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
  • Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.

Digər öhdəliklər:

  • Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
  • Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  • Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
  • Rəqib otellərin və digər təşkilatların müvafiq nümayəndələri ilə qurulmuş güclü, işgüzar əlaqələri qoruyub saxlamaq.
  • Texniki funksiyalarla əlaqədar sektor, şirkət və otel tərəfindən müəyyən edilmiş dəyişikliklərə reaksiya vermək.
  • İşçilər üçün hazırlanmış məlumat kitabçasını oxumaq, və otelin qayda və prosedurları, xüsusilə də yanğın, gigiyena, səhiyyə və təhlükəsizliklə əlaqədar siyasətləri və prosedurları haqqında tam anlayışa malik olmaq və onlara əməl etmək.