İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Restoran işçilərini yoxlayır, təlimatlandırır
 
	- Restoran işçilərinin iş qrafiklərini idarə edir
 
	- Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak edir
 
	- Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət edir
 
	- Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət edir
 
	- Bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət edir
 
	- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət edir
 
	- İnventarın monitorinqini, bütün ərzaq məhsullarının və digər restoran ehtiyaclarının lazımi qədər doldurulmasını təmin etdir
 
	- Restoranın nağd pul axınının izlənməsi və ödənilməmiş borcların ödənilməsinə nəzarət edir
 
	- Müştəri xidmətini yaxşılaşdırma yollarını inkişaf etdirmək və həyata keçirmək üçün müştəri sorğularını nəzərdən keçirdir
 
	- Müştəri şikayətlərinin peşəkar şəkildə həll edilməsini təmin edir
 
	- Restoranın imicini yaxşılaşdırılması üçün yeni yollar təklif edir
 
	- Kassa xərclərinə nəzarət edir, səmərəliliyin artırılması üçün müəyyən tədbirlər görür.
 
	- Əməliyyat hesabatlarını və tələb olunan digər sənədləri hazırlayır müvafiq departamentlərə təqdim edir
 
	- Restoran avadanlıqlarını təmir və texniki baxış üçün qiymətləndirir və ehtiyac olduğu halda lazımi şöbəyə yönəldir
 
	- SOP prosedurlarının təşkilini və prossesə riayət edilməsini təmin edir
 
	- Restoran mətbəxinin işçilərinin xadimə-qabyuyanlarda daxil olmaqla iş keyfiyyətinə nəzarət edir, və onlar üçün qrafiklər təyin edir
 
	- Günlük və dərin təmizliyi yoxlayır, qrafikə uyğun olaraq bu prossesləri tənzimləyir.
 
	- Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.
 
Gözləntilər:
	- Azı 5 il F&B meneceri vəzifəsində iş təcrübəsi
 
	- Ali təhsil
 
	- Azərbaycan Rus və İngilis dillərinin yaxşı səviyyədə bilməlidir
 
	- Analitik düşünmə qabiliyyəti
 
	- Restoranın inkişafı üçün strateji planların qurulması bacarığı
 
Vakansıya ilə marağlanan şəxslərdən xahiş olunur məktubun mövzu qismində  “Restoran meneceri” və məktubda mütləq əmək haqqı gözləntilərini qeyd etsinlər.