Rəqəmsal Marketinq Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarın və rəqiblərin mütəmadi analizinin aparılması;
  • Marketinq strategiyası və illik fəaliyyət planının hazırlanması və icrası;
  • Brendin tanıtım strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
  • Kontent planlaması və yaradıcı reklam konseptlərinin hazırlanması;
  • Rəqəmsal kampaniyaların planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin ölçülməsi (ROI analizi);
  • Hədəf auditoriyaların düzgün müəyyən edilməsi və effektiv reklam targetinqinin qurulması (Facebook Ads, Google Ads və s.);
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi;
  • Sosial media kontentinin hazırlanması, paylaşım cədvəlinin və ümumi səhifə idarəçiliyinin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Rəqəmsal marketinq sahəsində minimum 2–3 illik iş təcrübəsi;
  • Rəqəmsal platformalarda (Meta, Google, YouTube və s.) reklam yerləşdirmə və targetinq üzrə praktiki bacarıqlar;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  • Analitik düşüncə tərzinə, detallara diqqətə və məsuliyyətli iş yanaşmasına malik olmaq.

İş şəraiti:

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00;
  • İş yeri: Ağ Şəhər, Inomarka ofisi.

Zəhmət olmasa, CV-niziəməkhaqqı gözləntinizi mövzu sətrində “Rəqəmsal Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.