Junior Motion Designer

  • İnomarka.az
  • Elanın qoyulma tarixi: 31.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əgər avtomobilə qarşı böyük sevgin varsa, video yaratmağa və montaj etməyə həvəslisənsə, o zaman biz məhz Səni axtarırıq!

Bizə necə biri lazımdır?

  • Avtomobil sevgisi olan
  • Motion Design, Motion Graphics və Video Production bacarıqlarına malik
  • Animasiyaları hazırlaya bilən
  • “Storyboarding” nədir bilən
  • Adobe Photoshop, Illustrator, After Effects, Premiere Pro və CapCut proqramları üzrə təcrübəyə malik
  • TikTok və Instagram Reels üzrə bilikləri olan
  • Rəng, Font və kompozisiyadan dəqiq anlayışı olan
  • Problemi həll edə bilən
  • Ünsiyyətcil
  • Yüksək ambisiyalı
  • Həm tək, həm komandada işləyə bilən
  • Azərbaycan və rus dillərini bilən (İngilis dili üstünlükdür)

Biz sənə nə təklif edirik?

  • Şəhərin mərkəzində yerləşən ofis
  • Gənc və pozitiv komanda
  • 10:00 - 19:00 - iş qrafiki
  • Razı qala biləcəyin əmək haqqı

İşin nədən ibarət olacaq?

  • Sosial Media üçün postlar hazırlamaq
  • TikTok, Reels, Shorts üçün uyğun ideyalar tapmaq və onları çəkib montaj etmək
  • Trendləri izləmək

Vakansiyanı oxuyub həmin namizəd olduğunu anladın? O zaman vaxt itirmədən, 6 Fevral Tarixinədək PORTFOLİO İLƏ BİRLİKDƏ CV formasını email ünvanına göndər. Başlığa mütləq “Motion Designer Jr.” qeyd edilməlidir.

Əlaqə: (051) 687 80 01

Bakı şəhəri , İnşaatçılar prospekti 11A

İnomarka.az tərəfindən digər vakansiyalar