İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Müxtəlif istiqamətli layihələrin planlaşdırılması, idarə edilməsi və uğurla tamamlanması məqsədilə komandalararası koordinasiyanın təmin edilməsi;
- Layihə məqsədlərinin, mərhələlərinin və nəticələrinin şirkətin strateji hədəfləri və beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi;
- Layihələrin gedişatına dair mütəmadi status görüşlərinin təşkili və rəhbərliyə şəffaf hesabatlılığın təmin olunması;
- Layihə risklərinin, nöqsanlarının və kritik asılılıqların təhlil edilməsi, onların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin və alternativ həllərin hazırlanması;
- Effektiv layihə idarəetməsi üçün resursların, büdcənin, vaxt cədvəlinin və keyfiyyət göstəricilərinin idarə olunması;
- Müxtəlif fokuslu tərəfdaş şirkətləri, podratçıları və beynəlxalq müştəriləri bir araya gətirən koordinasiya mərkəzi funksiyasını yerinə yetirmək;
- Layihələrin şirkətin prosedurlarına, keyfiyyət, təhlükəsizlik və ətraf mühit standartlarına uyğunluğunu təmin etmək;
- Layihə sənədlərinin, müqavilələrin və hesabatların beynəlxalq standartlara uyğun hazırlanması və təqdim edilməsi;
- Multitasking mühitində eyni zamanda bir neçə layihənin idarəedilməsini və prioritetləşdirilməsini təmin etmək;
- Müştərilərlə, dövlət və beynəlxalq tərəfdaşlarla effektiv işgüzar əlaqələrin qurulması və davamlılığının təmin olunması.
Tələblər:
	- Ali təhsil (Mühəndislik, İnformasiya Texnologiyaları, Menecment, Kompüter Elmləri və ya əlaqədar sahələr üzrə bakalavr və ya magistr dərəcəsi);
- Layihə idarəetmə sahəsində minimum 5 illik peşəkar təcrübə, o cümlədən İT infrastrukturu, telekommunikasiya, təhlükəsizlik və ya beynəlxalq layihələrdə təcrübə üstünlük sayılır;
- Aşağıdakı beynəlxalq layihə idarəetmə sertifikatlarından ən azı birinə sahib olmaq: 
- PMP® (Project Management Professional)
- PRINCE2® Practitioner / Foundation
- PMI-ACP® (Agile Certified Practitioner)
- Scrum Master (CSM / PSM)
- ITIL® Foundation
- Lean Six Sigma (Green/Black Belt) 
- MS Project, Jira, Asana, Trello, Smartsheet və digər layihə idarəetmə alətlərində yüksək səviyyəli bilik və təcrübə;
- Güclü analitik, strateji düşünmə və qərarvermə qabiliyyəti;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, İngilis dilində (əlavə olaraq Rus dili) sərbəst ünsiyyət bacarığı;
- Beynəlxalq mühitdə və çoxmədəniyyətli komandalarla əməkdaşlıq bacarığı;
- Yüksək səviyyədə təşkilatçılıq, kommunikasiya və liderlik qabiliyyəti;
- Məsuliyyətli, nəticəyönümlü, stressə davamlı və multitasking iş şəraitinə uyğun olmalıdır.
Üstünlüklər:
	- Beynəlxalq layihələrdə və çoxmillətli komandalarla əməkdaşlıq təcrübəsi;
- Risk idarəetməsi, dəyişikliklərin idarəolunması və strateji planlaşdırma üzrə təcrübə;
- Layihə ofisinin (PMO) qurulması və proseslərinin optimallaşdırılması üzrə biliklər;
- Kibertəhlükəsizlik, infrastruktur və ya dövlət layihələrində idarəetmə təcrübəsi.
Əlavə məlumat:
	- İş rejimi: I-IV günlər, 09:00-18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Əməkhaqqı razılaşma yolu ilə;
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 189 B.
Namizədlər “Layihə meneceri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərməklə müraciət edə bilərlər.