Katibə-referent

İşin təsviri

Joint Leasing Company katibə-referent tələb olunur.

Katibə-referentin vəzifələri

- Müəssisənin bölmələrinin fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirir.
- Xidməti materiallar ilə işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir.
- Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır.
- Rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir; kargüzarlığın aparılmasının ümumi qaydalarına əsasən sənəd dövriyyəsinin nomenklaturasını yaradır;
- Rəhbərin tabeçıliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.
- Şirkətə telefonla və ya birbaşa müraciət edənləri yüksək səviyyədə qəbul edərək, lazımi istiqamətdə yönləndir.
- Faks qəbulu və göndərilməsi
- Mail ünvanına gələn məktubların cavablandırılması
- Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi

Tələblər

- Ali təhsilli
- 1 il katibə- referent sahəsində təcrübə
-  Xanım namizəd
-  Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmalı
-  Ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
-  Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
- İşgüzar münasibət etikasını bilməli
-  İşində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
- Təşkilatçılıq bacarığı
-  Sənədləşmə işinin aparılması bacarığı
- Azərbaycan və ingilis dillərində sənədlərin və məktubların yazılması bacarığı

İş qrafiki:

- Bazar ertəsi- Cümə: 09:00-18:00
- Nahar vaxtı- 13:00- 14:00

Əlavə:
Əlaqə telefonu (012) 447 52 26.

[email protected]