Lizinq Mütəxəssisi

İşin təsviri

Lizinq Mütəxəssisi

Əmək haqqı: 700 - 900 AZN

Şirkət: Joint Leasing Company

Kateqoriya: Maliyyə Kredit Mütəxəssisi

Şəhər: Bakı

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə kimi

Tələblər:

• Bank, lizinq və ya maliyyə sahəsində azı 3 il təcrübə;
• Maliyyə təhlilini aparmaq bacarığı;
• Səlist Azərbaycan dilində sənədlərin hazırlanması;
• Kompüter bacarığı, xüsusilə Excel proqramının yüksək səviyyədə bilməsi;
• İngilis dilini bilənlərə üstünlük verilir.

Öhdəliklər:

• Şirkətin tələblərinə uyğun lizinq layihələrinə aid iqtisadi təhlilin, memorandumun, digər zəruri sənədlərin keyfiyyətli və qısa vaxt ərzində şirkətin korporativ kargüzarlığına uyğun tərtib edilməsi;

• Şirkətin lizinq siyasəti və proseduraları ilə tanış olub onlara riayət edilməsi;

• Portfelində olan lizinq layihələrinin keyfiyyətli idarə edilməsi üçün müvafiq tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi;

• Portfelində olan lizinq layihələri üzrə müvafiq hesabatların hazırlanması;

• Şirkətin digər şöbələri ilə birlikdə lizinq layihələri üzrə risklərin idarə edilməsi və avadanlığın monitorinqinin aparılması, lizinq bazarının təhlilinin aparılması və yeni məhsulların tətbiqi üçün təkliflərin verilməsi.

CV-lər mövzu hissəsində «Lizinq mütəxəssisi» yazılmaqla [email protected] göndərilməlidir.

Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu (012) 447 52 26.

E-mail: [email protected]