Aparıcı memar

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektlərin memarlıq və landşaft layihə işlərini həyata keçirir;
  • İqtisadi cəhətdən daha səmərəli layihə həllini seçir və layihə üzrə işlərin dəyərini əsaslandırmaq yolu ilə layihələndirilən obyektlərin yüksək texniki-iqtisadi səviyyəsini təmin edir;
  • Bütün texniki və layihə sənədlərinin nəzərdə tutulmuş və təsdiq ilunmuş plana əsasən vaxtlı-vaxtında təhvil verilməsini təmin edir;
  • Tərtib olunmuş, hazırlanmış layihə sənədlərinin texniki standart və normalara uyğun olmalarına nəzarət edir, tikinti norma və qaydalarına riayət edir;
  • Tikilən obyektlərin müəllif nəzarətində iştirak edir;
  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) texniki rəhbərliyini həyata keçirir;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də, qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə köməklik edir;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini təmin edir;
  • Layihənin çərçivəsində layihələndirilən, eləcə də, tikintisi aparılan binalarda birinci mərtəbələrdə yerləşən qeyri-yaşayış sahələrinin giriş səviyyələrinin yol layihəsi ilə uzlaşmasını, vitrin həllərinin, giriş - çıxış prinsiplərinin və reklam siyasətinin Layihə tələblərinə uyğunluğunu (şüşələndirmənin hündürlüyü, reklam yerləşdirilməsi prinsipləri və s.) daima nəzarətdə saxlayır, zəruri dəyişiklikləri komanda üzvləri ilə əlaqələndirərək razılaşdırır;
  • Qeyri-yaşayış sahələrinin havalandırma və kondisionerləşdirmə tələblərini təmin etmək məqsədi ilə layihədə nəzərdə tutulmuş texniki sahələrdə lazımi avadanlıqların yerləşdirilməsinin texniki mümkünlüyünü mexaniki və digər mütəxəssislərlə birgə qiymətləndirərək düzgün həllərə dair qərarları razılaşdırır.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

  • Yaş: 23-43
  • Cins: kişi
  • Müvafiq sahədə ali təhsil (memar diplomu);
  • Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
  • Azərbaycan və ingilis (rus arzu olunandır) dillərini şifahi və yazılı surətdə əla bilmək;
  • AutoCAD, ArchiCAD, Sketchup, 3dMax, MS Office kompüter proqramlarını bilmək;
  • Yüksək bədii səviyyədə üç ölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı;
  • Əllə eskizləri çəkmək bacarığı;
  • Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) elektron poçtun ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar