Bağban

İşin təsviri

Ümumi müddəalar:

• Bağban vəzifəsinə orta-ixtisas və ya orta təhsili olan şəxs təyin olunur.

Əsas vəzifələr:

• Ərazinin yaşıllaşdırılması və ona peşəkar qulluq göstərilməsi;
• Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi;
• Bitkilərə qulluq edilməsi, mineral gübrələrin verilməsi;
• Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi;
• Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması;
• Əkilmiş bitkilərin dibinin boşaldılması və sulanması;
• Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması;
• Qurumuş ağac və kolların dibinin boşaldılması və kökündən çıxarılması;
• Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəclə bərkidilməsi;
• Yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.

Bilməlidir:

• Ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini, onların tətbiq üsullarını, bağ-bostan alət və inventarlarından istifadə qaydasını.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar