Təchizat üzrə mütəxəssis

  • GESCO ASC
  • Elanın qoyulma tarixi: 12.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Azərbaycan vətəndaşı olmalı;
  • 1-3  ilədək uyğun sahədə iş təcrübəsi;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (1C, MS Office proqramları)
  • İşinə məsuliyyətli yanaşma.
  • Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis (orta).
  • Kollektivdə işləmək bacarığı.
  • Ali təhsil.

Ancaq yuxarıda qeyd edilən parametrlərə cavab verən namizədlərin müraciətinə baxılacaqdır.

Vəzifələr:

  • 1C proqramı vasitəsi ilə daxil olan sifarişlərin icrasını həyata keçirmək: mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və rəhbərliyin təsdiqinə göndərmək;
  • Alınmış malların qeydiyyatının aparılmasını və inventar siyahısına daxil edilməsini təmin etmək;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Təchizatçılarla müqavilələrin bağlanması və təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra etmək;
  • Görüləcək təmir işləri üzrə təklif hazırlayaraq rəhbərliyə məlumat vermək;
  • Görüləcək işlərin təmir xərci və alınacaq mal-materialın siyahsını çıxarmaq;
  • Anbardara mal-materialların  təhvil-təslimi zamanı köməklik etmək, anbarda olan mal-materialın stellajlarda təsnifatı üzrə səliqəli yerləşdirilməsində anbardara kömək etmək.
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlayıb rəhbərinə təqdim etmək;
  • Şirkətə məxsus inventarların siyahısını 1C proqramı vasitəsi ilə daim yeniləmək;
  • Təchizat şöbəsinin müdiri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.

Bilməlidir:

  • Anbar prosedurunu və anbardarın iş prinsiplərini,
  • Mal-material 1C-proqramında mədaxil və məxaric proseslərini;
  • Sifarişlər üzrə prosedura uyğun alışı yerinə yetirilməsini;
  • Mühafizə xidmətinə aid olan normativ, metodik və digər rəhbər materialları;
  • Əmək qanunvericiliyi barədə ümumi məlumat;
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını;
  • Daxili nizam-intizam qaydalarını;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını;
  • Müəssisənin təchizat prosedurları və daxili intizam qaydalarını;
  • İMS siyasəti və məqsədləri;
  • 1C və MS Office proqramlarını;
  • Güclü idarəetmə və ünsiyyət bacarıqları.

İş şəraiti:

  • İş rejimi – 5 günlük
  • İstirahət vaxtı- şənbə, bazar.
  • İş saati – 09:00-18:00

Əlaqə:

  • Telefon: (+994 12) 310-05-77
  • Mob: (+994 55) 207-00-40 (+994 55) 206-70-74,
  • Vebsayt gesco.az/ 
  • Vakansiyaya müraciət üçün CV-nizi “Təchizat üzrə mütəxəssis” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.