GESCO ASC


ESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən GESCO, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.

GESCO, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2100-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 140-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.

Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən GESCO, beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli, peşəkar xidməti birləşdirir.

Yerli və beynəlxalq təcrübəyə əsaslanan xidmət göstərmək, başlıca prioritetimizdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?