Biznes səfərlərin təşkili üzrə insan resursları mütəxəssisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Agentliyin əməkdaşlarının daxili və xarici ezamiyyələri zamanı Agentliyin əməkdaşlıq etdiyi müəssisələr ilə birbaşa işləyərək aviabiletlərin bron edilməsi, alınması üçün sifarişlərin verilməsi və aidiyyəti işlərin görülməsi;
  • Səfərlərin rəsmiləşdirilməsi üçün əsaslandırıcı sənədlərin toplanması;
  • Viza tələbi olan ölkələrə ezamiyyələr zamanı Agentliyin əməkdaşları üçün vizanın alınması ilə bağlı proseslərdə dəstəyin göstərilməsi;
  • Ezam səfərləri zamanı əməkdaşların mehmanxanada yerləşdirilməsi üçün uyğun təkliflərin hazırlanıb təqdim edilməsi və bu prosesin koordinasiya edilməsi;
  • Ezam səfərləri zamanı əməkdaşlara zəruri dəstəyin göstərilməsi;
  • Aidiyyəti üzrə daxil olmuş məktubların ESD üzərindən cavablandırılması;
  • Tabe olduğu Təlim, inkişaf və qiymətləndirmə şöbəsinin cari fəaliyyətində aşağıdakı istiqamətlərdə dəstəyin göstərilməsi: onlayn və oflayn təlimlərlə bağlı sorğuların və təhlillərin həyata keçirilməsi,
  • Agentlik əməkdaşlarının təlim və inkişafı ilə əlaqədar müxtəlif məzmunlu tədbirlərdə iştirakının koordinasiya edilməsi;
  • Təlim, inkişaf fəaliyyətləri ilə bağlı keçirilmiş tədbir və fəaliyyətlərin uçotunun aparılması;
  • Ehtiyac yarandıqda departamentin fəaliyyət istiqaməti ilə bağlı layihələrdə aktiv iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (turizm istiqamətində olması üstünlükdür);
  • Müəssisələrdə səyahətlərin, səfərlərin təşkili üzrə minimum 1 il iş təcrübəsi (insan resursları sahəsində iş təcrübəsi üstünlükdür);
  • Səyahətlərin tənzimlənməsi üzrə tələb olunan prosedurlar barədə ətraflı bilik və bacarıqlar;
  • Səfərlərin təşkili üçün müxtəlif mənbələrdən (trivago, airbnb, booking.com və s.) axtarışların aparılması və səfərlərin qrafikləşdirilməsi üzrə texniki bacarıqlar;
  • Yüksək səviyyədə kommunikasiya və müştəri xidməti bacarıqları;
  • Yüksək səviyyədə təşkilatçılıq, detallara diqqət və analiz etmə bacarıqları;
  • Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə, Excel);
  • Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dilində yaxşı səviyyədə yazılı ünsiyyət bacarığı;
  • Xarici ölkələrə səfər təcrübəsinin olması üstünlükdür.

Əlavə məlumatlar:

  • İş yeri: Lev Tolstoy 170;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 25.06.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.