Keyfiyyətə nəzarət və təminat şöbəsinin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xidmət üçün yeni KT/KN üzrə normativ və standartların tətbiqini, maddi-texniki və metodoloji təminatı həyata keçirmək;
  • Rəhbərlik üçün KT/KN məlumatlarını hazırlamaq və hesabatlarını təqdim etmək;
  • Keyfiyyət İdarəetmə Ssistemi (KİS) ilə bağlı fəaliyyət planlarını hazırlamaq, yerinə yetirilməsini izləmək və hesabat vermək;
  • KİS ilə bağlı tələb olunan resursları müəyyənləşdirmək və təmin edilməsini izləmək;
  • Keyfiyyət məqsədlərini hazırlamaq və izləmək;
  • Keyfiyyət məqsədləri və proseslərinin müəyyən edilmiş fəaliyyət göstəricilərini izləmək və rəhbərliyi məlumatlandırmaq;
  • Düzəldici fəaliyyətlərin icra edilməsinə nəzarət etmək;
  • KİS-in daxili auditini təşkil etmək və hesabatı rəhbərliyə təqdim etmək;
  • Rəhbərliyin təhlili üçün giriş məlumatlarını toplamaq;
  • KİS-in xarici auditlə əlaqəli fəaliyyətlərini həyata keçirmək;
  • Daxili uyğunsuzluq hesabatlarını idarə etmək;
  • KİS-in təkmilləşdirilməsi ilə bağlı tələb olunan resursları müəyyənləşdirmək və təmin edilməsini  izləmək;
  • Təkmilləşdirmə fəaliyyətlərini hazırlamaq və razılaşdırılmış fəaliyyətləri izləmək.
  • Xidmətin və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək;
  • Aşkarlanan qüsurların, nöqsanların, norma və qayda pozuntularının, çatışmazlıqların aradan qaldırılmasını tələb etmək;
  • Keyfiyyətsiz işləri, prossesləri dayandırmaq;

Namizədə dair tələblər:

  • Ali təhsil (mühəndislik sahəsi üzrə);
  • Müvafiq sahə üzrə məhz tikintidə 5 ildən yuxarı iş təcrübəsi 
  • Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
  • Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
  • Podratçı təşkilatlar düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
  • Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
  • Komandada və fərdi şəkildə işləmə bacarığı;
  • Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
  • Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
  • Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: 1800 AZN (net) və il ərzində mükafatlar

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Keyfiyyətə nəzarət və təminat şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar